“Macarıstanın baş naziri Viktor Orbanın dəstəklənməsi Moskvanın maraqlarına xidmət edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Onun sözlərinə görə, Orban Rusiyaya qarşı sanksiyaları və Ukraynanın maliyyələşdirilməsini bloklayaraq Avropa İttifaqını sabotaj edir və bu da Avropanın birliyinə maneələr yaradır.
Sikorski qeyd edib ki, Budapeştin mövqeyi regionun təhlükəsizliyi üçün ciddi nəticələr doğurur və Orbanın dəstəklənməsi ilə Moskvaya yardım arasında birbaşa əlaqə olduğunu vurğulayıb:
“Orbanı dəstəkləyən Moskvaya kömək edir. Bu, həqiqətən bu qədər sadədir”.
Bizim.Media