Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın XİN başçısı Seyyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar, həmçinin vəziyyətin nizamlanmasının mümkün yollarını müzakirə ediblər.
Nazirlər humanitar məsələlərə və çoxtərəfli gündəmdəki mövzulara toxunublar.
Bizim.Media