Dohada Qətər müdafiə nazirinin müavini əl-Tani, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov və Ukrayna Baş Qərargah rəisi Qnatov arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, tərəflər regional təhdidlər və müasir çağırışlar da daxil olmaqla aktual təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşün əsas nəticəsi müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olub.
Sənəd raket və dronların qarşısının alınması üzrə təcrübə mübadiləsini, birgə texnoloji layihələrin inkişafını və müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur.
Həmçinin sazişdə mütəxəssis mübadiləsi və investisiya əməkdaşlığı da yer alır.
Sazişi Qətər və Ukraynanın Baş Qərargah rəisləri — əl-Mənnai və Qnatov imzalayıblar.
Bizim.Media