ABŞ-ın vitse-prezidenti Cey Di Vens Pentaqonun uçan naməlum obyektlər (UNO) ilə bağlı materiallarının açıqlanmasını gözlədiyi bir vaxtda mövzuya dair fərqli – dini yanaşmasını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bloqqer Benni Consona müsahibəsində bu barədə bildirib.
Vens qeyd edib ki, UNO-ları yadplanetlilər kimi deyil, “demonlar” (mifik fövqəltəbii varlıq – red.) kimi görür:
“Bunların yadplanetlilər olduğunu düşünmürəm. Məncə, bunlar demonlardır”.
Vens qeyd edib ki, səmada müşahidə olunan və insanlarla qəribə hadisələr yaşayan varlıqların “yadplanetli” kimi təqdim olunmasına meyl var:
“Səmanın varlıqları ətrafda uçur, insanlarla şeylər edir. Məncə, səmavi olanı qeyri-dünyəvi kimi – yadplanetli kimi təsvir etmək istəyi var. Halbuki, böyük dünya dinlərinin hamısı, o cümlədən mənim inandığım xristianlıq, izahı çətin olan belə hadisələrin mövcudluğunu qəbul edir”.
ABŞ vitse-prezidenti əlavə edib ki, bu cür varlıqların mövcudluğunu inkar etdirmək “şeytanın ən böyük hiylələrindən biri”dir.
Bizim.Media