“Onlar bizi qorumursa, biz niyə onları qorumalıyıq?”
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp NATO ölkələri haqqında danışarkən deyib.
“Biz hər il NATO-ya yüz milyardlarla dollar xərcləyirdik, onların müdafiəsinə yüz milyardlarla vəsait ayırırdıq. Və biz hər zaman onlara köməyə gəlməyə hazır idik. Amma indi, onların davranışlarına baxaraq düşünürəm ki, biz artıq bunu etməyə borclu deyilik, elə deyilmi?”
Bu, sensasiya kimi səslənir, elə deyilmi? Bu təcili xəbərdir? Düşünürəm ki, biz indi təcili xəbər aldıq. Amma bu faktdır. Mən bunu artıq demişəm. Onlar bizi qorumursa, biz niyə onları qorumalıyıq?”
Xatırladaq ki, Tramp martın 26-da “Truth Social” hesabında NATO-nun ABŞ-a Hörmüz böhranında yardım etməməsini tənqid edərək, ölkəsinin bunu unutmayacağını yazmışdı.
Bizim.Media