ABŞ-ın dövlət katibi Marko Rubio Yaxın Şərqdəki bütün bəlaların günahkarı kimi İranı ittiham edib.
Bizim.Media xəbər verir ki, Rubio bunu jurnalistin “İranın xarici işlər nazirinin soyqırım ittihamları ilə bağlı fikirlərinə münasibətiniz necədir?” sualına cavabında bildirib.
O deyib:
“İranlı? O, soyqırım üzrə “ekspertdir”. Onlar minlərlə insanı öldürüblər. Yaxın Şərqdəki hər problem — İrandır. “Hizbullah”? İran. Şiə milisləri İraqda dağıntı törədir və təhdid yaradır? İran. HƏMAS? İran. Husilər? İran. Suriyada Əsəd? İran. Hara baxsanız, bunların arxasında onlar dayanır”.
Bizim.Media