Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının yenidənqurmadan sonra açılışını edəcək.
Bizim.Media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, dərin köklü teatr ənənəsi, təkcə bütün rusiyalılara deyil, həm də bütün dünyada yaxşı tanınır.
Peskov bu tarixi teatrın köklərin 19-cu əsrə gedib çıxdığını bildirib:
"Vaxtilə Azərbaycan ziyalılarının nümayəndələri Dərbənddə bir türk dərnəyi yaratmışdılar ki, bu da sonradan Azərbaycan teatrına çevrilmişdi. Yeri gəlmişkən, bu gün Azərbaycandan gələn qonaqlar bu mühüm mədəni məkanın açılışını qeyd etmək üçün Dərbənddə olacaqlar".
Bizim.Media