Yazıçı Artur Konan Doyl tərəfindən yaradılan əfsanəvi detektiv Şerlok Holma həsr olunmuş muzey 1990-cı ilin nəhz bu günündə fəaliyyətə başlayıb. Londonda, Beyker küçəsi 221b ünvanında, yəni məhz yazıçının bəhs etdiyi küçədə... Daha doğrusu, belə bir küçə olmayıb, sırf əsərdəki küçəni canlandırmaq üçün salınıb.
Şerlok Holms pərəstişkarlarından məktublar o qədər toplu şəkildə gəlirdi ki, 1940-cı illərin sonunda yazışmaları çeşidləmək və böyük detektivə ünvanlanan məktublara cavab vermək vəzifəsi daşıyan bir katib təyin edildi. Katib çılğın və israrlı oxuculara detektivin təqaüdə çıxdığını və Susseksdə arıçılıqla məşğul olduğunu bildirirdi.
Muzey Viktoriya dövrünün atmosferini, xüsusən də Holms və Doktor Vatsonun 1881-ci ildən 1904-cü ilə qədər kirayə götürdükləri mənzili canlandırır.
Binanın üç mərtəbəsində əsərə uyğun olaraq təchiz olunmuş qonaq otağı və yataq otaqları var: skripka, kimya laboratoriyası, Vatsonun revolveri, boru və kamin...
Binanın brinci mərtəbəsində hədiyyə mağazası fəaliyyət göstərir və işçilər Viktoriya dövrü geyimlərini geyinirlər. Londonda ən çox ziyarət edilən özəl muzeylərdən biridir və dünyanın hər yerindən pərəstişkar məktubları alır. İnsanlar buranın xəyali olduğunu bilsələr də yenə də sevimli personajın həqiqətən də tarixi şəxsiyyət olduğuna və bu ünvanda yaşadığına özlərini inandırırlar.
Daha bir naraqlı fakt: The Times qəzetinin araşdırmasına görə, Londondakı Baker küçəsi 215-dən 237-yə qədər olan torpaq və evlər Qazaxıstanın keçmiş birinci prezidenti Nursultan Nazarbayevin ailəsinə məxsusdur.




Şəfiqə Şəfa, Bizim.Media