ABŞ və İran arasında dolayı danışıqlar Pakistanın vasitəçiliyi ilə aparılır.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.
Nazirin sözlərinə görə, media Yaxın Şərqdəki münaqişənin həlli üzrə sülh danışıqları ilə bağlı əsassız spekulyasiyalar yayır:
"Əslində, ABŞ və İran arasında dolayı yolla danışıqlar Pakistan vasitəsilə mesaj mübadiləsi yolu ilə aparılır. Bu kontekstdə ABŞ hazırda İran tərəfindən nəzərdən keçirilən 15 bənddən ibarət sənəd təqdim edib".
İ.Dar əlavə edib ki, Türkiyə və Misir də bu təşəbbüsü dəstəkləyir.
Bizim.Media