“İran müharibəsi dünya iqtisadiyyatı üçün fəlakətdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Bu müharibə dünya iqtisadiyyatı üçün fəlakətdir. Təsiri iki həftədən bir az çox müddət sonra artıq tamamilə göz qabağındadır”, - deyə, nazir vurğulayıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media