“İranla müharibənin ilk beş günündə ABŞ illik Patriot raket kvotasından daha çoxunu istifadə edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Müdafiə və Kosmik Məsələlər üzrə Avropa Komissarı Andrius Kubilius deyib.
O, müasir hərbi münaqişələr fonunda hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığı barədə xəbərdarlıq edib.
Kubilius hərbi əməliyyatların intensivliyinin Qərbin istehsal gücünü xeyli üstələdiyini qeyd edib:
“Fars körfəzi münaqişəsinin cəmi beş günündə ABŞ və müttəfiq qüvvələri 800 Patriot raketindən istifadə edib. ABŞ sözügedən raketlərdən illik 750 ədəd istehsal edir. Bu cür hesablamalar Avropanın müdafiə potensialının kəskin şəkildə artırılmasına və mövcud silah ehtiyatlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu açıq şəkildə göstərir”.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media