ABŞ Prezidenti Donald Tramp mayın 14-15-də Pekinə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Assosiated Press" Ağ Evə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp Çinə səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Qeyd olunur ki, bu səfər əvvəl planlaşdırılsa da, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda təxirə salınmışdı.
Vurğulanıb ki, Vaşinqton hazırda Tehrana atəşkəslə bağlı təklifləri qəbul etdirməyə çalışır.
Səfərin yenidən planlaşdırılması ABŞ-ın digər dövlətlərdən Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına dəstək istəməsi fonunda baş verir.
Bizim.Media