Rusiyanin “Rosatom” şirkəti Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının təxliyəsinin üçüncü mərhələsinə başladığını açıqlayıb.
Bizim.Media “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu qərar obyektin hədəfə çevrilə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.
Şirkət stansiyadakı vəziyyətin “mənfi istiqamətdə inkişaf etdiyini” bildirib. Təxliyə olunanların sayı və prosesin detalları açıqlanmayıb.
Qeyd edək ki, BMT nüvə obyektləri ətrafında artan gərginliklə bağlı xəbərdarlıq edib. Qurumun İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İran və İsraildə nüvə obyektləri yaxınlığında hücumların davam etməsi “idarəolunmaz fəlakət” riski yaradır.
O, Natanz nüvə obyekti və Dimona ətrafında baş verən son hadisələri misal gətirərək, vəziyyətin daha da gərginləşə biləcəyini vurğulayıb.
Bizim.Media