Danimarkanın Baş naziri Mette Frederiksen hökumətin istefası ilə bağlı ərizəni kral X Frederikə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kralın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, növbədənkənar parlament seçkilərinin nəticələri və parlamentdə yaranmış vəziyyət barədə məlumat verdikdən sonra baş nazir hökumətin istefası ilə bağlı müraciətini krala təqdim edib.
Eyni zamanda, Frederiksen parlamentə daxil olan siyasi partiyaların nümayəndələrinə gələcək hökumətin formalaşdırılması ilə bağlı mövqelərini bildirmək imkanı verilməsini təklif edib.
Qeyd edək ki, çərşənbə axşamı Danimarkada keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri baş nazir Mette Frederiksenin siyasi gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.
Rəsmi nəticələrə əsasən, Frederiksenin rəhbərlik etdiyi Sosial-demokrat Partiyası qələbə qazansa da, 2022-ci il seçkiləri ilə müqayisədə xeyli az səs toplayıb. Eyni hal istefa verən hökumətdə təmsil olunan digər iki tərəfdaş partiyanın topladığı səs sayında da müşahidə olunub.
Bizim.Media