Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Fransa lideri özünün “X” sosial şəbəkə hesabında paylaşıb.
Makron bildirib ki, o, İranı gərginliyin azaldılması üçün danışıqlara vicdanla başlamağa çağırıb:
“İranı nüvə və raket proqramları, eləcə də regiondakı sabitliyi pozan fəaliyyəti ilə bağlı beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verə biləcək çərçivənin formalaşdırılması üçün danışıqlara səmimi şəkildə qoşulmağa qətiyyətlə çağırdım”.
Fransa Prezidenti, həmçinin, Tehrandan Fransa vətəndaşları Sesil Koler və Jak Parisin ölkəsinə qaytarılmasına yardım göstərməyi xahiş edib.

Bizim.Media