BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhreyndə İran hücumlarının dəf edilməsi zamanı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Nazirliyinin mətbuat xidməti "X" platformasında məlumat yayıb.
Bildirilib ki, hadisə iki dövlətin birgə əməliyyatı zamanı baş verib.
Əbu-Dabi şəhər administrasiyasının mətbuat xidməti isə martın 24-də açıqlama verərək bildirib ki, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən zərərsizləşdirilən ballistik raketin qəlpələrinin düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub.
Bizim.Media