Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarına zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovıy məlumat verib.
Onun sözlərinə görə, Lvov şəhərinin mərkəzindəki yaşayış binalarına Rusiya PUA-nın hücumu nəticəsində ciddi ziyan dəyib. Ağır yaralıların olduğu bildirilir.
Lvov Xüsusi Əməliyyatlar Komandanlığı əhalini sığınacaqlarda qalmağa çağırıb.
Komandanlıqdan hücumlar nəticəsində yeddi nəfərin yaralandığı bildirilib.
Bizim.Media