"Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönəlmiş səyləri alqışlayır və tam dəstəkləyir".
Bizim.Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
O, Pakistanın danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib:
“ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”.

Bizim.Media