“İraqın şimalında ordu mövqelərinə İranın raket hücumu nəticəsində altı kürd əsgəri həlak olub, bu, ölkənin suverenliyinə qarşı birbaşa təcavüzdür”.
Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani deyib.
“İranın Soran bölgəsindəki peşmərgə mövqelərinə raket hücumunu qətiyyətlə pisləyirik. Nəticədə bir neçə qəhrəman döyüşçümüz həlak olub və yaralanıb. Bu, ölkənin suverenliyinə birbaşa hücumdur”, – o bildirib.
Muxtariyyətin baş naziri Məsrur Bərzani da İraq hökumətini və beynəlxalq ictimaiyyəti Şimali İraqa düşmən hücumlarına son qoymağa çağırıb.
Bizim.Media