Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır.

Bizim.Media Axar.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart - Ümumdünya Meteorologiya Günü münasibətilə dərc olunan yeni hesabatında bildirilir.

Hesabata əsasən, 2015-2025-ci illər müşahidələr tarixində ən isti 11 il olub, 2025-ci il isə hava temperaturuna görə ikinci və ya üçüncü yeri tutacağı gözlənilir.

Ötən il temperatur 1850-1900-cü illərin sənaye dövrünə qədərki səviyyədən təxminən 1,43 dərəcə selsi yüksək olub.
 

"Əsas iqlim göstəricilərinin hər biri təhlükə siqnalı verir, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib və əlavə edib ki, tarix ardıcıl on bir dəfə təkrarlanırsa, bu, artıq təsadüf deyil, hərəkət etməyə çağırışdır.


İstiliyin 91 faizindən çoxunu udan dünya okeanı isinmə üzrə yeni rekord səviyyəyə çatıb.

Son iyirmi ildə o, hər il bəşəriyyətin illik enerji istehlakının on səkkiz mislinə bərabər enerji toplayır. 2025-ci ildə okean səthinin demək olar ki, 90 faizi ən azı bir dəfə dəniz istilik dalğasına məruz qalıb.

Buz örtükləri sürətlə azalmaqda davam edir. Belə ki, 2025-ci ildə Arktik dəniz buzu minimum və ya minimuma yaxın göstəricilərə çatıb, Antarktikada isə peyk müşahidələri tarixində üçüncü ən aşağı səviyyə qeydə alınıb.

İslandiyada və Şimali Amerikanın Sakit okean sahilləri boyunca buzlaqların kütləvi şəkildə yoxa çıxması müşahidə olunub.

Dünya okeanının səviyyəsi yüksəlməkdə davam edir və artıq 1993-cü ildən, peyk ölçmələrinin başlandığı vaxtdan etibarən 11 santimetr artıb.
 

Mütəxəssislərin vurğuladığı kimi, bu proseslər əsrlər boyu davam edəcək, okeanın dərin qatlarının temperaturu və turşuluğundakı dəyişikliklər isə minilliklər ərzində geri dönməz səviyyədə olacaq.


ÜMT ilk dəfə olaraq məruzəyə Yer kürəsinin enerji disbalansı göstəricisini, yəni daxil olan günəş enerjisi ilə çıxan istilik şüalanması arasındakı fərqi daxil edib. Bu disbalans müşahidələrin 65 illik dövrü ərzində maksimum səviyyəyə çatıb.

"İnsan fəaliyyəti təbii tarazlığı getdikcə daha çox pozur və biz bu halın nəticələri ilə yüzilliklər və minilliklər boyu yaşamalı olacağıq", - ÜMT-nin Baş katibi Seleste Saulo vurğulayıb.

2025-ci ildə baş verən ekstremal hava hadisələri - quraqlıqlar, fırtınalar, daşqınlar və meşə yanğınları minlərlə insanın ölümünə, milyonlarla insanın zərər çəkməsinə və milyardlarla iqtisadi itkilərə səbəb olub.

Məruzədə həmçinin iqlimlə bağlı ərzaq təhlükəsizliyinin pisləşməsi, miqrasiyanın artması və əhalinin sağlamlıq vəziyyətinin ağırlaşması, o cümlədən denge qızdırmasının yayılması və istilik stresinin artması qeyd olunur.

"Hazırkı müharibələr dövründə iqlim sarsıntıları daha bir həqiqəti üzə çıxarır:

fosil yanacaqlardan asılılığımız həm iqlimi, həm də qlobal təhlükəsizliyi sarsıdır. Bu gün dərc olunan məruzə xəbərdarlıq kimi qəbul edilməlidir: iqlim xaosu güclənir və bu problemin həlli üzrə işlərin uzadılması insan həyatı bahasına başa gələ bilər", - Antonio Quterreş bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

End of content

No more pages to load

RADİO