Ukrayna əsilli amerikalı iş adamı və məşhur kontent mübadiləsi platforması olan “OnlyFans”in sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.
L.Radvinski Odessada anadan olsa da, sonradan ailəsi ilə birgə ABŞ-ın Çikaqo şəhərinə köçüb. O, ömrünün son illərini isə Floridada yaşayıb.
Qeyd edək ki, “Forbes” jurnalı Radvinskinin sərvətini 4,7 milyard dollar olaraq qiymətləndirib.
Bizim.Media