Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu Ukraynanın Xarkov və Sumı vilayətlərinin sərhədyanı rayonlarında irəliləməyə çalışır.
Onun sözlərinə görə, son bir həftədə hava şəraitinin yaxşılaşmasından istifadə edən Rusiya qüvvələri hücumları fəallaşdırmağa cəhd edib.
Bizim.Media xəbər verir ki, Zelenski qeyd edib ki, bu həftə ərzində rus ordusunun yeganə nəzərəçarpan nəticəsi itkilərinin artması olub.
Onun sözlərinə görə, son yeddi gündə 8 mindən çox rus hərbçisi öldürülüb və ya ağır yaralanıb.
Bu bəyanat Ukrayna prezidentinin Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andriy Qnatovla keçirdiyi müşavirədən sonra səslənib.
Prezidentin sözlərinə görə, Donetsk vilayətində Ukrayna qüvvələrinin mövqelərində ciddi dəyişiklik olmayıb. Xarkov vilayətində və Sumı vilayətinin sərhəd bölgələrində isə rusların sərhəddən irəliləmək cəhdləri davam edir.
Zelenski həmçinin bildirib ki, bəzi rus briqada komandirləri rəsmi məruzələrdə yalan məlumat verdiklərinə görə dəyişdirilib.
Bizim.Media