Amerikalı media maqnatı və "News Corp" şirkətinin qurucusu Rupert Merdok ABŞ Prezidenti Donald Trampı qapalı şəkildə İrana qarşı hərbi kampaniyaya başlamağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bloomberg" mənbələrə istinadən yayıb.
Məlumata görə, Merdok Trampla bir neçə dəfə əlaqə saxlayaraq onu Tehrana qarşı tədbir görməyə təşviq edib. Nəşr yazır ki, Trampı İrana hücuma çağıranlar arasında İsrailin Baş naziri Benyamin Netanyahu və bəzi mühafizəkar şərhçilər də olub.
Bununla yanaşı, agentliyin məlumatına əsasən, Trampın yaxın çevrəsində yer alan bəzi şəxslər, o cümlədən vitse-prezident Cey. Di. Vens, dövlət katibi Marko Rubio və Ağ Evin aparat rəhbəri Syuzi Uayls silahlı qarşıdurma ehtimalına daha ehtiyatla yanaşıblar.
Bizim.Media