Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.
Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.
Bizim.Media