ABŞ Prezidenti Donald Tramp hazırda İranla sülh razılaşmasına maraqlı olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib. “Onlar razılaşma istəyirlər. Mən istəmirəm”, – deyə Tramp qeyd edib.
ABŞ lideri paylaşımında, həmçinin İranın hərbi imkanlarının zəiflədiyini iddia edib və bu fonda razılaşmaya ehtiyac görmədiyini vurğulayıb.
Tramp, eyni zamanda “The New York Times” qəzetinin mövqeyini tənqid edərək, İranla bağlı məqsədlərinə çatdığını iddia edib.
Bundan əvvəl “Axios” ABŞ administrasiyasında İranla mümkün sülh danışıqlarına hazırlıqla bağlı müzakirələrin aparıldığını yazmışdı. Məlumata görə, ABŞ kəşfiyyat qurumları İran hakimiyyətinin yaxın zamanda süqut edəcəyinə dair əlamət görmür.
Bizim.Media