İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “dəqiq hədəfli quru əməliyyatı” həyata keçirib və bu zaman “Hizbullah” qruplaşmasının döyüşçüləri ilə toqquşmalar baş verib.
Bizim.Media xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, əməliyyat zamanı aviasiya döyüşçülərin mövqelərinə zərbələr endirib.
Ən azı dörd döyüşçü məhv edilib.
“Hizbullah” da öz bəyanatında Livanın cənubundakı Xiyam kəndi ətrafında İsrail hərbçiləri ilə toqquşmaların baş verdiyini təsdiqləyib.
Bizim.Media