İsveçrə Federal Şurası İranla hərbi münaqişədə iştirak edən ölkələrə hərbi texnika göndərməmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə idarənin rəsmi portalında bildirilir.
"İranla beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnikanın ixracına münaqişə dövründə icazə verilə bilməz", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, digər malların ixracı idarələrarası ekspert qrupu tərəfindən, xüsusilə, onların neytral statusa uyğunluğu baxımından müntəzəm olaraq yoxlanılacaq.
Bizim.Media