Varşava Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Polşa hərbi kontingentini İraqdan çıxarmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
"Yaxın Şərq bölgəsində vəziyyətin pisləşməsi səbəbindən əməliyyat şəraiti və potensial təhdidlər təhlil edildikdən sonra Polşa hərbi kontingentinin İraqdan köçürülməsi qərarı verilib", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.
Nazir əlavə edib ki, bütün Polşa qoşunları artıq İraqı tərk edib, əksəriyyəti artıq Polşaya qayıdıb, qalanları isə İordaniyadadır. O vurğulayıb ki, Varşava bu addımı NATO ilə əlaqələndirərək atıb.
Bizim.Media