Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya helikopterini dronla vurublar.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, əməliyyat Donetsk bölgəsində reallaşdırılıb.
"Pokrovski istiqamətində 59-cu Hücum Briqadasının qırıcıları Rusiyanın Ka-52 helikopterini FPV dronu ilə vurub", - deyə Sternenko bildirib.
Bizim.Media