ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi üzərində həyata keçirilən missiya zamanı İran atəşi nəticəsində zədələnib və Yaxın Şərqdə təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pentaqon təyyarənin təcili eniş etməsi faktını təsdiqləsə də, F-35-in İran tərəfindən vurulması ilə bağlı heç bir açıqlama verməyib:
"ABŞ-ın F-35 təyyarəsinin İran üzərində döyüş missiyası yerinə yetirdikdən sonra regional ABŞ aviabazasına təcili eniş etməsi barədə məlumatlardan xəbərdarıq. Təyyarə təhlükəsiz şəkildə eniş edib və pilotun vəziyyəti sabitdir. Bu hadisə ilə bağlı araşdırma aparılır", - deyə bildirilib.
İran mediası isə qırıcının vurulma anının görüntülərini yayıb.
Qeyd edək ki, ABŞ-a məxsus 5-ci nəsil döyüş təyyarəsinin vurulması ilk dəfədir ki, qeydə alınır.
Bizim.Media