“ABŞ bu müharibəni bitirməyə hazırdır, şənbə günü Amerikada danışıqlar qruplarının görüşü keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin siyasi hissəsi artıq danışıqlara yola düşüb.
“Danışıqlarda fasilə var idi, artıq onu bitirməyin vaxtıdır. Biz danışıqların həqiqətən məzmunlu olması üçün hər şeyi edirik. Ukrayna komandası danışıqlar qrupunun məhz siyasi hissəsi artıq yoldadır və bu şənbə ABŞ-da görüşləri gözləyirik”, — deyə Ukrayna prezidenti axşam müraciətində bildirib.
Kreml daha əvvəl təsdiqləmişdi ki, danışıqlar ABŞ tərəfinin “digər prioritetləri” səbəbindən fasilədədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, amerikalı vasitəçilərlə qrafiklər razılaşdırıldıqdan sonra danışıqlar bərpa olunacaq.
Bizim.Media