“Amazon” şirkətinin qurucusu Ceff Bezosla həyat yoldaşı Loren Sançesin boşanacağı iddia olunub.
Bizim.Media xəbər verir ki, buna səbəb cütlüyün sosial mediada yayılan görüntüləri olub.
Vanity Fair Oscar mükafatlandırma mərasimində kameralara poz verən cütlüyün bir-birinə soyuq münasibətdə olması diqqət çəkib.
Bu da izləyicilərin toylarından bir il keçməmiş artıq evliliklərində böhran olması ilə bağlı iddialara səbəb olub.
Qeyd edək ki, cütlük ötən il 3 gün 3 gecə İtaliyada toy edib. (Axşam.az)
Bizim.Media