Misir hökuməti Yaxın Şərqdəki müharibə və qlobal yanacaq qiymətlərinin kəskin bahalaşması səbəbindən elektrik enerjisinə qənaət tədbirləri tətbiq edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, ölkənin enerji idxalı xərcləri müharibə başlayandan bəri 2–2,5 dəfə artıb.
Qərara əsasən, martın 28-dən etibarən mağazalar, restoranlar və ticarət mərkəzləri həftənin beş günü saat 21:00-da, həftəsonları isə 22:00-da bağlanacaq. Hökumət bu addımı artan enerji xərcləri və büdcəyə düşən yükü azaltmaq məqsədilə izah edir.
Bizim.Media