Axşam saatlarından etibarən "X" sosial şəbəkəsinin işində problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
Məlumata görə, platformanın 34 500-dən çox istifadəçisi nasazlıqlarla bağlı şikayət edib. Onların hesablarına girişin məhdudlaşdığını iddia ediblər.
Bizim.Media