“Son günlərdə gördük ki, düşmənlər heç bir yeri və ya şəxsi hədəfə almaqda tərəddüd etmirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Jurnalistin “Sui-qəsddən qorxmursunuz?” sualını cavablandıran nazir bildirib ki, mövcud şəraitdə hər kəs hədəfə çevrilə bilər:
“Hücumlar nəticəsində 53 xəstəxana, çoxsaylı məktəblər, bank filialları və yaşayış binaları zərər görüb. Siyasi xadimlər, mülki şəxslər, alimlər və universitet professorları da hədəfə alınıb”.
Nazir vurğulayıb ki, özü də potensial hədəf ola bilər:
“Habelə, mən də hədəfə alına bilərəm. Ancaq biz möhkəm dayanacağıq və ölkəmizin məqsəd və maraqları uğrunda çalışacağıq. Lazım gələrsə, bu məqsədlər uğrunda canımızı fəda edəcəyik”.
Qeyd edək ki, ötən gün İsrailin keçirdiyi əməliyyat nəticəsində İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.
Bizim.Media