"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

Azərbaycanda xuliqanlıqda və dələduzluqda ittiham olunaraq həbs edilən Ukraynanın sabiq nazir müavini Konstantin Kuçer barəsində təqsirləndirilən və zərərçəkən tərəfin verdikləri kassasiya şikayətləri təmin olunmayıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Həmçinin iclasda prokurorun kassasiya protestini də geri götürdüyü bildirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
 

Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb. Daha sonra həm Oleq Krapivin, həm də Konstantin Kuçerə amnsitiya aktı şamil olunub. Belə ki, amnistiya aktı ilə Oleq Krapivin şərti cəzadan azad edilib, Konstantin Kuçerin cəzası isə 6 ay azaldılıb.


Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb. "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.
 

İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.


Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Konstantin Kuçer Ukraynada nazir müavini və digər yüksək vəzifələrdə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Cəlilabadda AĞIR QƏZA – Ölən var – FOTO

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Biləcəri sakinlərinin NƏZƏRİNƏ

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Qazaxıstanda 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Dəmir yolundan istifadə edən sərnişinlərin sığortalanması xəbərinə ADY-dən REAKSİYA

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yumurta BAHALAŞACAQ?

Yumurta BAHALAŞACAQ?

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - FOTO

Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - FOTO

End of content

No more pages to load

RADİO