İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İranın təhlükəsizlik şurasının katibi Əli Laricani İsrail zərbəsi nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Katsın sözlərinə görə, Laricani ötən gecə məhv edilib. Lakin Reuters qeyd edir ki, İran tərəfi hələlik bu məlumatı təsdiqləməyib. Buna görə də hazırda xəbər İsrailin iddiası kimi təqdim olunur.
Daha əvvəl Reuters yazmışdı ki, İsrailin zərbəsi Əli Laricanini hədəf alıb, amma onun taleyi aydın deyil. Sonrakı yenilənmədə isə İsrail müdafiə nazirinin onun öldürüldüyünü açıqladığı bildirilib.
Bizim.Media