İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) Hərbi Dəniz Qüvvələrinin baş qərargahı vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, hava hücumu Tehranın şərqində yerləşən hərbi kompleksdə həyata keçirilib.
“Qərargah uzun illər yüksək rütbəli komandirlərin İsrail və digər ölkələrə qarşı dənizdə terror əməliyyatlarını idarə etməsi üçün istifadə olunub. Hücum qüvvələrin fəaliyyətinə ciddi zərbə vurub və beynəlxalq gəmiçilik azadlığını hədəf alan planları zəiflədib”, - İDF bildirib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media