İranın İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı, briqada generalı Məhammad Karami İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, monitorinq kanallarının yaydığı məlumata görə, general İsrailin İranın İsfahan şəhərinə endirdiyi aviazərbələr zamanı həlak olub.
Bildirilir ki, Məhammad Karami bundan bir neçə saat əvvəl İsrailin baş naziri Benjamin Netanyahunu “tapıb öldürəcəyinə” and içmişdi.
Hələlik İran rəsmiləri generalın ölümü ilə bağlı rəsmi açıqlama verməyiblər. İsrail tərəfi də hücumun detalları barədə məlumat yaymayıb.
Bizim.Media