İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran prezidentinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edib ki, tərəflər regiondakı son hadisələri nəzərdən keçiriblər. Bu barədə daha əvvəl də Makronun Pezeşkianla İran ətrafındakı eskalasiya fonunda əlaqə saxladığı açıqlanmışdı.
Makron bundan əvvəl bildirib ki, Paris Yaxın Şərqdə gərginlik fonunda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaradılması təşəbbüsü ilə çıxış edir.
Reuters-in məlumatına görə, Fransa Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətini bərpa etmək üçün müşayiət xarakterli müdafiə missiyasını da nəzərdən keçirir.
Bizim.Media