iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

Apple gözlənilmədən artıq ən son iOS və iPadOS versiyalarını dəstəkləməyən köhnə cihazlar üçün yeni yeniləmələr təqdim edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu addım xüsusilə 2015-ci ildə buraxılmış cihazlardan istifadə edənlər üçün vacib hesab olunur, çünki yeniləmələr kritik təhlükəsizlik düzəlişlərini ehtiva edir.

Hansı versiyalar yenilənib?

Yeni yeniləmələr aşağıdakı sistem versiyaları üçün təqdim olunub:

iOS 16.7.15 və iOS 15.8.7 və iPadOS 16.7.15 və iPadOS 15.8.7

Apple ənənəvi olaraq yeniləmələrin təsvirində qısa məlumat verir. Şirkətin açıqlamasında qeyd olunur ki, bu yeniləmə “vacib təhlükəsizlik düzəlişlərini ehtiva edir və bütün istifadəçilərə quraşdırılması tövsiyə olunur”.

Yeniləmə hansı cihazlar üçün əlçatandır?

iPhone modelləri: iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone SE (1-ci nəsil), iPhone 6s və iPhone 6s Plus.

iPad modelləri: iPad (5-ci nəsil), iPad Pro 9.7 düym, iPad Pro 12.9 düym (1-ci nəsil) və iPad mini 4.

Yeniləmə niyə vacibdir?

Apple hər bir təhlükəsizlik boşluğu barədə detalları açıqlamasa da, ekspertlər köhnə cihazların mütləq yenilənməli olduğunu bildirirlər. Son vaxtlar Google və iVerify tərəfindən yayımlanan hesabatda iOS-un 13-dən 17.2.1-ə qədər versiyalarında işləyən cihazlara qarşı istifadə olunan təhlükəli sındırma alətləri barədə məlumat verilib.

Apple şirkəti təsdiqləyib ki, yeni yeniləmələr əvvəllər istifadəçilərin cihazlarına hücum etmək üçün tətbiq edilən Coruna adlı istismar üsulunu aradan qaldırır.
 

Bu səbəbdən köhnə iPhone və iPad modellərinin sahiblərinə “Ayarlar” - “Ümumi” - “Proqram təminatının yenilənməsi” bölməsinə daxil olaraq yeniləməni yoxlamaq və mümkün qədər tez quraşdırmaq tövsiyə olunur.


Bundan əvvəl də bildirilib ki, fırıldaqçılar iPhone-un təqvim funksiyasından istifadə edərək zərərli mesajlar göndərirlər. Bəzən belə mesajlara bir dəfə klik etmək şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.

Ekspertlərin fikrincə, təxminən 1,8 milyard iPhone istifadəçisi potensial kiberhücum riski ilə üzləşə bilər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Pentaqon İran dronlarını bundan sonra belə MƏHV EDƏCƏK

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bakıda bu evlər zəlzələyə tab gətirməyəcək - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

End of content

No more pages to load

RADİO