ABŞ-ın İranın neft ixracı üçün əsas terminal sayılan Xark adasına hücumu qonşu ölkənin ərazisindən həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri Ras əl-Xayma əmirliyindən və Dubay yaxınlığındakı ərazidən buraxılan HIMARS raket sistemlərindən istifadə ediblər.
Əraqçi vurğulayıb ki, İran bu hücumlara mütləq cavab verəcək və ölkənin silahlı qüvvələri buna hazırdır. O eyni zamanda qeyd edib ki, Tehran sıx məskunlaşmış ərazilərin hədəfə
çevrilməməsinə diqqətlə nəzarət edəcək.
Nazir həmçinin bildirib ki, “Hörmüz boğazı açıqdır, lakin düşmənlərimizin və onların müttəfiqlərinin tanker və gəmiləri üçün bağlıdır.”
Bizim.Media