“Yaxın Şərqdəki müharibə Ukrayna iqtisadiyyatını daha da ağırlaşdıracaq və Putinin mövqelərini gücləndirəcək”.
Bizim.Media xəbər verir ki, bunu “Bloomberg” agentliyinə Ukrayna Milli Bankının (NBU) sədri Andrey Pışnı bildirib.
“İki həftə əvvəl ABŞ və İsrailin İran İslam Respublikasına qarşı başladığı müharibə getdikcə “blitskriq”ə (sürətli müharibəyə) daha az bənzəyir və uzunmüddətli hərbi münaqişəyə çevrilə bilər”, - Pışnı deyib.
O qeyd edib ki, gələcəkdə bu vəziyyət Ukraynanın artıq zərər görmüş iqtisadiyyatına təzyiqi daha da artıra və eyni zamanda Rusiya prezidenti Vladimir Putinin mövqelərini gücləndirə bilər.
Bizim.Media