Orban ailəsinə ünvanlanan təhdidlərdən sonra anasına ZƏNG ETDİ - VİDEO

Macarıstanın baş naziri Viktor Orbán ailəsinə yönələn təhdidlərdən sonra anasına zəng edərək onu sakitləşdirməyə çalışıb. Siyasətçi telefon danışığının videosunu sosial şəbəkə hesabında yayımlayıb.

Bizim.Media xəbər verir ki, təhdidlər Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı Qriqori Omelçenko tərəfindən səsləndirilib.
 

Videoda Orban valideynlərinin vəziyyəti ilə maraqlanır və gərgin iş qrafikinə baxmayaraq özünün yaxşı olduğunu bildirir. “Mənim üçün narahat olmayın, hər şeyin öhdəsindən gələcəyəm, bunu bilirsən”, – deyə baş nazir anasının onun yorğunluğu ilə bağlı sualına cavab verib.


Daha sonra vəziyyəti şərh edən Orban bildirib ki, anası, şübhəsiz, baş verənlərdən narahatdır, lakin bunu göstərməməyə çalışır.

“O, bunu göstərməməyi üstün tutur. Amma biz bilirik ki, belə hallarda insan bunu deməsə də, narahat olur”, – deyə Orban əlavə edib.

Məlumata görə, baş nazirin valideynləri 80 yaşdan yuxarıdır və Macarıstanın Felcsút kəndində yaşayırlar. Müxalif fəallar daha əvvəl də onların evinin qarşısında etiraz aksiyaları keçiriblər.
 

Bundan əvvəl isə Ukrayna prezidenti Volodimir Zelenski də Orbanın ünvanına sərt bəyanat səsləndirmişdi. O bildirmişdi ki, Macarıstanın Kiyevə ayrılacaq Avropa maliyyə yardımını dəstəkləməməsi fonunda Ukrayna hərbçilərinə Macarıstan baş nazirinin ünvanını verə bilər ki, onlar onunla “öz dillərində danışsınlar”.


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova isə bu bəyanatları şərh edərək bildirib ki, Orbanın ünvanına səslənən təhdidlər əslində bütün Macarıstana yönəlmiş təhdid kimi qiymətləndirilə bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Nazim İbrahimovun 10 nəfərin ölümünə səbəb olan qardaşı AMNİSTİYAYA DÜŞDÜ

Nazim İbrahimovun 10 nəfərin ölümünə səbəb olan qardaşı AMNİSTİYAYA DÜŞDÜ

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi – FOTO/VİDEO

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi – FOTO/VİDEO

İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi

Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi

Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatı təqdim edəcək

Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatı təqdim edəcək

Avropa ölkələrindən ötən ay 41 azərbaycanlı çıxarılıb – RƏSMİ

Avropa ölkələrindən ötən ay 41 azərbaycanlı çıxarılıb – RƏSMİ

SON DƏQİQƏ: Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı

SON DƏQİQƏ: Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı

İran səfiri: “Azərbaycana minnətdarıq”

İran səfiri: “Azərbaycana minnətdarıq”

Azərbaycanda adlardan istifadə ilə bağlı vacib YENİLİK

Azərbaycanda adlardan istifadə ilə bağlı vacib YENİLİK

Hikmət Hacıyev: “Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik”

Hikmət Hacıyev: “Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik”

AHİK nümayəndə heyəti Cenevrədə BƏT rəsmiləri ilə görüşlər keçirib – FOTO

AHİK nümayəndə heyəti Cenevrədə BƏT rəsmiləri ilə görüşlər keçirib – FOTO

Nigar Camal "Avroviziya" mahnımızı tənqid etdi: “Müsabiqəyə uyğun deyil”

Nigar Camal "Avroviziya" mahnımızı tənqid etdi: “Müsabiqəyə uyğun deyil”

Təbriz bombalandı - 2 uşaq həyatını itirdi

Təbriz bombalandı - 2 uşaq həyatını itirdi

Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

Qorbaçovu Cəlilabadla nə bağlayırdı? – ARAŞDIRMA

Qorbaçovu Cəlilabadla nə bağlayırdı? – ARAŞDIRMA

İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürdü

İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürdü

İranda müharibə Novruzdan əvvəl bitəcək - İDDİA

İranda müharibə Novruzdan əvvəl bitəcək - İDDİA

Daha bir tiktoker həbs edildi - FOTO

Daha bir tiktoker həbs edildi - FOTO

Rusiya təyyarəsi Lənkəran hava limanına endi: İrana humanitar yardım gətirib - FOTO

Rusiya təyyarəsi Lənkəran hava limanına endi: İrana humanitar yardım gətirib - FOTO

Messi oynadı, komandası qələbə qazana bilmədi - VİDEO

Messi oynadı, komandası qələbə qazana bilmədi - VİDEO

İlham Əliyev bu şəxsləri Bakıda keçiriləcək Foruma DƏVƏT ETDİ

İlham Əliyev bu şəxsləri Bakıda keçiriləcək Foruma DƏVƏT ETDİ

Paşinyan Vensə kitab hədiyyə edən muzey direktorunu işdən qovdu- FOTO

Paşinyan Vensə kitab hədiyyə edən muzey direktorunu işdən qovdu- FOTO

Gecə saatlarla telefona baxanlara pis xəbər

Gecə saatlarla telefona baxanlara pis xəbər

End of content

No more pages to load

RADİO