ABŞ Prezidenti Donald Tramp Şri-Lanka sahillərində İran hərbi gəmisinin batırılması ilə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri Kentaki ştatında keçirilən mitinqdə çıxışı zamanı bu barədə danışıb.
ABŞ prezidentinin sözlərinə görə, batırılan İran gəmisinin məhv edilməsi qərarı ilə bağlı generallardan biri ona bunun gəmini ələ keçirməkdən “daha əyləncəli” olduğunu deyib.
“Onlardan soruşdum: ‘Niyə onları öldürdük? Niyə gəmini ələ keçirib donanmamızda istifadə etmədik? Onlar isə cavab verdilər ki, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət üçün uyğun deyil. Generallardan biri isə dedi ki, cənab Prezident, bu daha əyləncəli olacaq” – deyə Tramp qeyd edib.
Xatırladaq ki, martın 4-də Şri-Lanka sahillərində İran Hərbi Dəniz Qüvvələrinə məxsus IRIS Dena gəmisi SOS siqnalı göndərdikdən sonra batırılıb.
İran ordusunun məlumatına əsasən, gəminin göyərtəsində 136 nəfər ekipaj üzvü olub. Onlardan 104-ü həlak olub, 32 nəfər isə yaralı vəziyyətdə xilas edilib.
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Şri-Lanka sahillərindəki İran hərbi gəmisi sualtı qayıqdan buraxılan torpeda ilə batırılıb. Hadisədən sonra Şri-Lanka yaxın sularda olan daha bir İran gəmisini nəzarətə götürüb.
Bizim.Media