“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti mərhələdə 36 İndoneziya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar arasında 3 diplomat, tələbələr və ailələr də var.
Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.










Bizim.Media