İran hökumətinin müşaviri və ölkə prezidentinin oğlu Yusif Pezeşkian İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Pezeşkian bu barədə teleqram kanalında yazıb.
"Cənab Müctəbanın yaralanması xəbərini eşitdim. Əlaqəsi olan dostlardan soruşdum. Dedilər ki, Allaha şükür, sağlamdır və problem yoxdur", - deyə Yusif Pezeşkian qeyd edib.
Qeyd edək ki, bir sıra Qərb nəşrlərində Müctəba Xameneinin müharibənin ilk günündə yaralandığı və komada olduğu ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media