Rusiya Prezidenti Vladimir Putin bir həftə ərzində ikinci dəfə iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Putin Moskvanın münaqişənin mümkün qədər tez nizamlanmasının vacibliyi barədə mövqeyini təsdiqləyib.
Pezeşkian isə Rusiyaya dəstəyə görə, o cümlədən humanitar yardıma görə təşəkkür edib.
Bizim.Media