İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın ünvanına sərt açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Trampın İranın yeni ali lideri Müctəba Xameneiyə qarşı səsləndirdiyi son təhdidlərə reaksiya olaraq sosial şəbəkədə paylaşım edib.
Laricani X platformasında yazıb: “Ehtiyatlı olun, yoxsa məhv edilə bilərsiniz”.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni ali lideri Müctəba Xameneiyə qarşı sərt bəyanatlar səsləndirmişdi.

Bizim.Media