İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Fransa prezidenti Emmanuel Makronun Hörmüz boğazında təhlükəsizliyin bərpası ilə bağlı bəyanatına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.
“ABŞ və İsrailin regionda başladığı müharibə fonunda Hörmüz boğazında təhlükəsizliyin təmin olunacağını gözləmək çətindir. Xüsusilə də bu təşəbbüs müharibəni dəstəkləyən və onun alovlanmasına töhfə verən tərəflərdən gəlirsə”, — deyə Lariçani qeyd edib.

Bizim.Media